Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Türkiyə Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyir
Ana Sayfa > Karusel / Dünya > Türkiyə Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyir

Türkiyə Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyir


7-05-2025, 13:11. Yazar: Admin

Türkiyə Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyir

“Türkiyə Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb, və Ankara mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyir.

Bundan əlavə, Türkiyə tərəfləri təmkinli olmağa və birtərəfli hərəkətlərdən çəkinməyə çağırır.

“Ümid edirik ki, bölgədə gərginliyin azaldılması üçün ən qısa zamanda lazımi tədbirlər görüləcək və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlər yaradılacaq. Biz Pakistanın 22 aprel terror aktı ilə bağlı təhqiqat tələbini dəstəkləyirik”,- deyə bəyanatda vurğulanıb.


Geri dön