Ana Sayfa > Karusel / İqtisadiyyat > Türkiyənin metrologiya qurumu Azərbaycanda 10 yeni laboratoriya yaradacaq
Türkiyənin metrologiya qurumu Azərbaycanda 10 yeni laboratoriya yaradacaq7-05-2025, 11:32. Yazar: Admin |
Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) yeni laboratoriya şəbəkəsinin qurulması ilə bağlı Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) ilə yeni müqavilə imzalanıb. Bu barədə Qarabaginfo.az-a AzMİ-dən bildirilib. Sənədə əsasən, AzMİ-nin nəzdində 10 yeni laboratoriyanın qurulması və 4 mövcud laboratoriyanın təkmilləşdirilməsi işləri nəzərdə tutulur. Görülən tədbirlər ölkədə keyfiyyət infrastrukturunun gücləndirilməsi, ixrac potensialının artırılması və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına hədəflənib. Geri dön |