Ana Sayfa > Karusel / Kriminal > Sevgilisinin saçını qırxan kişi - Həbs edildi
Sevgilisinin saçını qırxan kişi - Həbs edildi7-05-2025, 11:31. Yazar: Admin |
Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib. Qarabaginfo.az xəbər verir ki, hadisə mayın 2-də Masallı şəhəri Hakimiyyət küçəsindəki evdə baş verib. 1981-ci il təvəllüdlü Anar Məmmədli qeyri-rəsmi nikahda yaşadığı Gülər Səmədovanı (ad-soyad şərtidir) döyərək əl-qolunu bağlayıb. O, ülgüclə G.Səmədovanın saçını qırxıb. G.Səmədova gecə saat 23 radələrində ona qarşı törədilmiş hadisə ilə bağlı polisə müraciət edib. Təxminən 3 saat sonra A.Məmmədli saxlanılıb. O, saxlanılarkən müqavimət göstərərək səs-küy salıb, ünvansız söyüşlər söyməyə başlayıb. Anar barəsində inzibati protokol tərtib edilib və Masallı Rayon Məhkəməsinə göndərilib. A.Məmmədli məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib. Qeyd edək ki, hazırda həmin şəxsin qadına qarşı hüquqazidd əməli ilə bağlı araşdırma aparılır. Geri dön |