Ana Sayfa > Karusel / Dünya > Rusiya ötən gecə Ukraynanın 105 PUA-nı məhv edib və ələ keçirib
Rusiya ötən gecə Ukraynanın 105 PUA-nı məhv edib və ələ keçirib6-05-2025, 11:14. Yazar: Admin |
|
Mayın 5-i saat 21:00-dan mayın 6-sı səhər saat 4:00-a qədər Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 105 pilotsuz uçuş aparatını (PUA) məhv edib və ələ keçirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gecə Bryansk vilayətində 32, Voronej vilayətində 22, Moskva vilayətində 19, Penza vilayətində 10, Kaluqa vilayətində 9, Belqorod vilayətində 6 PUA vurulub. İki PUA Lipetsk və Samara vilayətləri üzərində, Vladimir, Kursk və Rostov vilayətləri üzərində isə bir PUA məhv edilib. Geri dön |