Ana Sayfa > Karusel / Dünya > Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib5-05-2025, 19:35. Yazar: Admin |
Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib. Tramp deyib ki, Rusiya-Ukrayna müharibəsini dərhal bitirmək üçün Prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyir. “İndicə Türkiyə Prezidenti Rəcəb Ərdoğanla bir çox mövzularda, o cümlədən Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və daha çox məsələlərlə bağlı çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - Tramp qeyd edib. Tramp onu da bildirib ki, Ərdoğan onu Türkiyəyə səfərə dəvət edib: “Prezident məni Türkiyəyə səfərə dəvət etdi və eyni şəkildə o da Vaşinqtona gələcək”. ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Geri dön |