Ana Sayfa > Karusel / İnfrastruktur > Yeni hava limanı ilə bağlı qərar dəyişib

Yeni hava limanı ilə bağlı qərar dəyişib


5-05-2025, 14:32. Yazar: Admin

yeni-hava-limani-ile-bagli-qerar-deyisib

Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir:

“Nəzərdə tutduğumuz o idi ki, bu hava limanı ancaq yükdaşımalarda istifadə olunsun, ancaq bu gün qərar dəyişib. Hava limanı tikiləndən sonra bizim investorlar çox əlverişli şəraitlə təmin olunacaq”.

 


Geri dön