Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Səhiyyə > Səhiyyə naziri: 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq
Səhiyyə naziri: 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq5-05-2025, 10:26. Yazar: Admin |
"Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən, dərman vasitələrinin dövlət qeydiyyatı məqsədilə aparılan ixtisaslaşdırılmış ekspertizanın müddəti 90 təqvim gününədək azaldılıb". Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib. Nazir əlavə edib ki, Azərbaycan Respublikasının ərazisində yaradılan xüsusi iqtisadi zonalarda müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş əczaçılıq müəssisələri qurulur, xarici tərəfdaşlarla birgə əczaçılıq müəssisələrinin təsis edilməsinə dair əməkdaşlıq müqavilələri imzalanır: "Ötən il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb". "Konsepsiyanın Tədbirlər planına uyğun olaraq 2025/2026-cı tədris ilindən etibarən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq”, - T. Musayev əlavə edib. Geri dön |