Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Türkiyə PA-nın idarə rəhbəri: Biz əməkdaşlığımızı daha irəli nöqtələrə aparmaq istiqamətində məsuliyyət daşıyırıq
Türkiyə PA-nın idarə rəhbəri: Biz əməkdaşlığımızı daha irəli nöqtələrə aparmaq istiqamətində məsuliyyət daşıyırıq3-05-2025, 18:47. Yazar: Admin |
"Mərhum İsmayıl bəy Qaspıralının Türk dünyası ilə bağlı fikirləri bizim hər birimiz üçün mayak rolunu oynayır". Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə Bakıda təşkil olunan “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasına videomüraciətində deyib. O bu toplantının Türk dünyasının firavanlığı naminə uğurlu olmasını arzulayıb: “Türk dünyası ölkələri olaraq biz əməkdaşlığımızı daha irəli nöqtələrə aparmaq istiqamətində məsuliyyət daşıyırıq. Dildə birlik əlaqələrimizi və qarşılıqlı anlaşmanı gücləndirmək, bu dilin daşıyıcısı olan nəsilləri yaşatmaq deməkdir. Fikirdə və əməldə birlik isə gənclərin bacarıqlarının inkişafından texnoloji yeniliklərədək hər sahədə birlikdə addımlamaq mənasına gəlir. Yuxarıda bəhs etdiyim məsuliyyət sayəsində hazırkı panel müzakirəsinin intellektual potensialımızı zənginləşdirməklə yanaşı, daha əmin addımlarla irəliləməyimizə ilham qaynağı olmasını arzu edirəm". Geri dön |