Vətəndaşlara barələrində olan məhdudiyyət tədbirləri barədə elektron bildiriş göndərilməsi ilə bağlı hazırda iş gedir.
Bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində panel sessiyada Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev ölkədən çıxışına "Stop" qoyulanların məlumatlandırılması ilə bağlı Qarabaginfo.az-ın sualına cavabında deyib.
Elşad Hacıyev qeyd edib ki, bu, hər bir vətəndaşın barəsində olan məhdudiyyət tədbirindən xəbərdar olmasına imkan verəcək.