Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Mürsəl İbrahimov Tərtərdə qəbul keçirəcək
Ana Sayfa > Karusel / Sosial > Mürsəl İbrahimov Tərtərdə qəbul keçirəcək

Mürsəl İbrahimov Tərtərdə qəbul keçirəcək


2-05-2025, 17:02. Yazar: Admin

Mürsəl İbrahimov Tərtərdə qəbul keçirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Tərtərdə vətəndaş qəbulu keçiriləcək.

Dövlət Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin bu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 16-da saat 10:00-da SHXÇDX rəisi Mürsəl İbrahimov Tərtər rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Laçın, Xocalı rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 12 may 2025-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.


Geri dön