Ana Sayfa > Karusel / Dünya > BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır
BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır2-05-2025, 08:38. Yazar: Admin |
Birləşmiş Millətlər Təşkilatı (BMT) maliyyə böhranı fonunda qurumun əsas strukturlarının birləşdirilməsini və resursların yenidən bölüşdürülməsini nəzərdə tutan genişmiqyaslı islahat planı hazırlayır. Sənəddə onlarla agentliyin dörd əsas sahə üzrə birləşdirilməsi təklif olunur: sülh və təhlükəsizlik, humanitar məsələlər, dayanıqlı inkişaf və insan hüquqları. Konret tədbirlər arasında Ümumdünya Ərzaq Proqramı (WFP), UNICEF, ÜST (VOZ) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) fəaliyyətlərinin vahid humanitar strukturda birləşdirilməsi nəzərdə tutulur. Islahatlar çərçivəsində paralel funksiyaların ləğvi, kadrların optimallaşdırılması, o cümlədən Cenevrə və Nyu-Yorkdakı bəzi əməkdaşların daha ucuz şəhərlərə köçürülməsi planlaşdırılır. Bu təşəbbüsün əsas səbəbi BMT-nin maliyyə böhranıdır: qurumun əsas donorlarından biri olan ABŞ BMT-nin müntəzəm büdcəsi üzrə 1,5 milyard dollar, sülhməramlı əməliyyatlar üzrə isə 1,2 milyard dollar borcludur. ABŞ yardımının azalması artıq Humanitar Məsələlər üzrə İdarədə işçilərin 20%-nin ixtisarına, Beynəlxalq Miqrasiya Təşkilatında isə 6 minədək iş yerinin ləğvi təhlükəsinə səbəb olub. Geri dön |