Ana Sayfa > Karusel / Dünya > ABŞ Rusiyanın və Çinin kosmosdakı fəaliyyətinə dair məlumatları müttəfiqləri ilə bölüşüb
ABŞ Rusiyanın və Çinin kosmosdakı fəaliyyətinə dair məlumatları müttəfiqləri ilə bölüşüb2-05-2025, 08:32. Yazar: Admin |
ABŞ, Rusiya və Çin tərəfindən kosmosda həyata keçirilən əməliyyatlarla bağlı əldə etdiyi kəşfiyyat məlumatlarını "Beş Göz" alyansına daxil olan müttəfiq ölkələrə təqdim edib. Nəşrin yazdığına görə, 2025-ci ilin aprel ayına qədər ABŞ-ın orbital hərbi əməliyyatlar üzrə ixtisaslaşmış bölməsi olan Space Delta 9-un fəaliyyəti yalnız yüksək səviyyəli, məxfi məlumatlara çıxışı olan ABŞ rəsmilərinə təqdim olunurdu. Lakin son həftələrdə ABŞ həmin məlumatları "Beş Göz" alyansına daxil olan ölkələrlə – Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və Kanada ilə bölüşməyə başlayıb. Məqsəd, kosmosda artan təhlükələr fonunda bu ölkələr arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı dəstək imkanlarını artırmaqdır. Geri dön |