Ana Sayfa > Karusel / Dünya > Ukrayna ordusu Xersonda bazarı PUA ilə vurub, 7 nəfər ölüb, 20-dən çox yaralı var

Ukrayna ordusu Xersonda bazarı PUA ilə vurub, 7 nəfər ölüb, 20-dən çox yaralı var


1-05-2025, 13:55. Yazar: Admin

Ukrayna ordusu Xersonda bazarı PUA ilə vurub, 7 nəfər ölüb, 20-dən çox yaralı var

Ukrayna ordusu FPV pilotsuz uçuş aparatlarından istifadə edərək Xerson vilayətinin Aleşki şəhərində bazara kütləvi zərbə endirib.

Qarabaginfo.az-ın Rusiya bürosu TASS-a istinadən xəbər verir ki, bu barədə Xerson qubernatoru (Ukraynanın Xerson vilayətindəki separatçı rejimin rəhbəri-red) Vladimir Saldo bildirib.

Onun sözlərinə görə, zərbə nəticəsində 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

"Moskva vaxtı ilə saat 09:30-da Aleşkidə, mərkəzi bazar ərazisində Ukrayna Silahlı Qüvvələri mülki şəxslərə FPV dronları ilə kütləvi zərbə endirib. Hücum zamanı bazarda çoxlu insan olub. İlkin məlumatlara görə, azı 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb" , - Saldo Telegram kanalında yazıb.


Geri dön