Ana Sayfa > Karusel / Dünya > Dəməşqin dürzilərin məskunlaşdığı bölgələrində atəşkəs elan edilib
Dəməşqin dürzilərin məskunlaşdığı bölgələrində atəşkəs elan edilib1-05-2025, 08:34. Yazar: Admin |
Dürzilərin məskunlaşdığı Dəməşqin ətraf bölgələrində Jaramana və Sahnada iki gün davam edən qarşıdurmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib. Qarabaginfo.az xəbər verir ki, Suriya televiziyasının verdiyi məlumata görə, bu barədə Əs-Suveyda vilayətinin valisi Mustafa əl-Bakur bildirib. O bildirib ki, ölkənin yeni hökumətinin nümayəndə heyəti dürzi icmasının ağsaqqalları ilə Dəməşq yaxınlığında görüş keçirib. “Suriya təhlükəsizlik qüvvələrinin patrullarına 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumlar törədən cinayətkarların hüquq-mühafizə orqanlarına ekstradisiyasına dair razılıq əldə olunub”, - o qeyd edib. Geri dön |