Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan hərbçiləri Türkiyədə sualtı axtarış və xilasetmə təlimlərində iştirak edib
Azərbaycan hərbçiləri Türkiyədə sualtı axtarış və xilasetmə təlimlərində iştirak edib30-04-2025, 20:26. Yazar: Admin |
Türkiyənin Marmaris şəhərində keçirilmiş "KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu müşahidəçi qismində iştirak edib. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, təlimin planına əsasən, qəzaya uğramış sualtı qayığın axtarış-xilasetmə gəmiləri tərəfindən xüsusi texnika və robotların köməyi ilə axtarışı, xilasedici dalğıclar vasitəsilə batan heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. ![]() Geri dön |