Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > 36000 manatlıq mobil nömrələr hərraca çıxarılır - Siyahı
Ana Sayfa > Karusel / Gündəm > 36000 manatlıq mobil nömrələr hərraca çıxarılır - Siyahı

36000 manatlıq mobil nömrələr hərraca çıxarılır - Siyahı


29-04-2025, 12:40. Yazar: Admin

36000-manatliq-mobil-nomreler-herraca-cixarilir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Azercell Telekom” MMC-yə məxsus mobil telefon nömrələrini açıq hərraca çıxarır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat paylaşılıb. 

Elandakı nömrələrin qiyməti 4000-36000 manat aralığındadır.

Bildirilib ki, hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.

Məlumatda qeyd olunub ki, hərrac mayın 29-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.



 


Geri dön