Ana Sayfa > Karusel / Sosial > Bu ixtisasların keçid balı 200-dən azdır - SİYAHI
Bu ixtisasların keçid balı 200-dən azdır - SİYAHI29-04-2025, 10:29. Yazar: Admin |
2024-cü ildə keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, ixtisaslar üzrə formalaşan keçid balları ictimaiyyətə açıqlanıb.
Aşağıdakı ixtisaslarda 2024-cü ilin nəticələrinə əsasən formalaşan keçid balı 200-dür:
Bakı Dövlət Universiteti: Filologiya (fransız dili və ədəbiyyatı), Filologiya (Ərəb dili və ədəbiyyatı), Filologiya (fars dili və ədəbiyyatı), Tərcümə (ərəb dili üzrə), Tərcümə (fars dili üzrə); Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialı: Xarici dil müəllimliyi (fransız dili üzrə); Azərbaycan Dövlət İqtisad Universiteti: Beynəlxalq münasibətlər (qiyabi); Azərbaycan Dillər Universiteti: Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə); Bakı Slavyan Universiteti: Beynəlxalq münasibətlər (qiyabi), Tərcümə (Azərbaycandili- Ukrayna dili), Tərcümə (Azərbaycan dili-polyak dili), Tərcümə (Azərbaycan dili-bolqar dili), Tərcümə (Azərbaycan dili-yunan dili), Tərcümə (Azərbaycan dili- çex dili); Naxçıvan Dövlət Universiteti: Xarici dil müəllimliyi (fransız dili üzrə),Xarici dil müəllimliyi(alman dili üzrə),Xarici dil müəllimliyi (rus dili üzrə), Kitabxanaçılıq və informasiya fəaliyyəti; Naxçıvan Müəllimlər İnstitutu: Korreksiyaedici təlim, Məktəbəqədər təhsil, Kitabxanaçılıq və informasiya fəaliyyəti; Gəncə Dövlət Universiteti: Xarici dil müəllimliyi (fransız dili); Azərbaycan Kooperasiya Universiteti: Tərcümə (ingilis dili üzrə); Azərbaycan Universiteti: Fəlsəfə, Tərcümə(ingilis dili); Qərbi Kaspi Universiteti: Fəlsəfə, Filologiya (ingilis dili və ədəbiyyatı), Politologiya, Tərcümə (ingilis dili üzrə); Xəzər Universiteti: Politologiya (tədris ingilis dilində); Bakı Avrasiya Universiteti: Beynəlxalq münasibətlər (tədris ingilis dilində), Filologiya (türk dili və ədəbiyyatı), Tərcümə (alman dili), Tərcümə (fransız dili), Tərcümə (ərəb dili); Odlar Yurdu Universiteti: Beynəlxalq münasibətlər, Tərcümə (ingilis dili);
Həmçinin qəbul balı 200-dən aşağı olan ixtisaslar da mövcuddur. Onlar aşağıdakılardır:
Azərbaycan Dillər Universiteti: Regionşünaslıq (ərəb ölkələri üzrə)-196 bal,Regionşünaslıq (Afrika üzrə)-197.3 bal, Regionşünaslıq (İndoneziya üzrə)196.1 bal, Regionşünaslıq (Pakistan üzrə)-197.8 bal; Azərbaycan İlahiyyat İnstitutu: İslamşünaslıq-166.4 bal; Azərbaycan Universiteti: Regionşünaslıq (Avropa ölkələri üzrə)-187.4 bal; Qərbi Kaspi Universiteti: Regionşünaslıq (regionlar üzrə)-189.9 bal; Bakı Avrasiya Universiteti: Regionşünaslıq (ABŞ və Kanada, Avropa ölkələri, Yaxın və Orta Şərq üzrə): Əyani:185.1 bal, qiyabi:197.7 bal. Geri dön |