Ana Sayfa > Karusel / Dünya > Tramp "dayan", Lavrov "davam" dedi
Tramp "dayan", Lavrov "davam" dedi28-04-2025, 08:43. Yazar: Admin |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın Vladimir Putinə çağırışına münasibət bildirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə o, Amerikanın CBS teleşirkətinə müsahibəsində danışıb. Aprelin 24-nə keçən gecə Rusiya ordusu dron və raketlərdən istifadə etməklə Ukrayna paytaxtına hücum edib, 12 dinc sakin həlak olub, 90-dan çoxu yaralanıb. Tramp hücumdan sonra özünün "Truth" sosial səhifəsində yazıb: "Buna ehtiyac yoxdur. Vladimir, dayan. Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazıyam. Hər həftə 5000 əsgər ölür. Gəlin sülh sazişi imzalayaq". CBS jurnalisti Lavrovdan Moskvanın Trampın çağırışlarına əməl etməyə hazır olub-olmadığını soruşub. “Biz Ukrayna ordusunun istifadə etdiyi obyektlərə, başqa ölkələrdən olan bəzi muzdlulara və təlimatçılara zərbələr endirməyə davam edəcəyik”, - Lavrov bildirib. Kiyevə zərbənin səhv olub-olmaması ilə bağlı birbaşa suala cavab olaraq Lavrov deyib: “Bu, Ukrayna hərbçilərinin, Müdafiə Nazirliyinin istifadə etdiyi hədəf idi, döyüş meydanındakı komandirlərin onlara hücum etmək hüququ var”. Geri dön |