Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib27-04-2025, 18:49. Yazar: Admin |
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib. Qarabaginfo.az xəbər verir ki, başsağlığında deyilir: Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!". Geri dön |