Ana Sayfa > Karusel / Siyasət > Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib - FOTO
Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib - FOTO26-04-2025, 22:12. Yazar: Admin |
Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. Dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Geri dön |