Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Trampın hərəkətləri Almaniyada panikaya səbəb olub
Ana Sayfa > Karusel / Dünya > Trampın hərəkətləri Almaniyada panikaya səbəb olub

Trampın hərəkətləri Almaniyada panikaya səbəb olub


25-04-2025, 08:30. Yazar: Admin

 

Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Trampın Krımı Rusiya kimi tanımaq təklifi Şimali Atlantika Alyansını parçalaya bilər.

Qarabaginfo.az xəbər verir ki, nəşrin müəllifinin sözlərinə görə, NATO hazırda güc sınağı qarşısındadır, çünki alyansın Krımın ilhaqının tanınmaması ilə bağlı əvvəlki mövqeyi Tramp administrasiyasının yeni planlarına ziddir.

“Bundan əlavə, müdafiə xərclərinə həsr olunmalı olan qarşıdan gələn alyans sammiti indi Kiyevlə bağlı açıq mübahisə meydanına çevrilə bilər”, – qəzet qeyd edir.

Bildirilir ki, Trampın Ukrayna böhranı ilə bağlı siyasəti ucbatından Avropa İttifaqı dalana dirənib: bir tərəfdən Ağ Evə sədaqəti qorumaq, digər tərəfdən isə Ukraynaya dəstəyi davam etdirmək istəyi var.


Geri dön