Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İlham Mirzəyev: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır
Ana Sayfa > Karusel / İqtisadiyyat > İlham Mirzəyev: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır

İlham Mirzəyev: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır


23-04-2025, 16:26. Yazar: Admin

İlham Mirzəyev: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır Pravda.az

“Azəristiliktəchizat” bu gün subsidiya ilə işləyir, sirr deyil ki, bizdə tariflər aşağıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev deyib.

O bildirib ki, bu gün subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır: “2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzlənib. Bu addım gəlirlərin müəyyən qədər artmasına imkan verib, belə ki, bu qərar bizə təxminən 2 milyona yaxın əlavə gəlir gətirdi. 2025-ci il yanvarın 1-dən tariflər 30 qəpik civarında müəyyən olunub. Bu da gəlirlərin iki dəfə artımı deməkdir. İstənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi əlavə xərc olmaqla yanaşı, əlavə subsidiya da tələb edir".


Geri dön