Ana Sayfa > Karusel / İqtisadiyyat > Nazir müavini: Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində işlər başa çatmaq üzrədir
Nazir müavini: Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində işlər başa çatmaq üzrədir23-04-2025, 14:29. Yazar: Admin |
“Enerji sahəsi ilə bağlı bir neçə yeni qanun layihəsi hazırlanıb və müxtəlif mərhələlərdə razılaşdırma mərhələsindədir”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında Energetika nazirinin müavini Samir Vəliyev deyib. Nazir müavini bildirib ki, yeni qanunların qəbulu beynəlxalq təcrübədə geniş yayılmış normaların ölkəmizdə tətbiqinə imkan verir: “Xüsusilə bərpaolunan enerji mənbələrindən istifadə sahəsində yüksək nəticələr əldə edilməkdədir. Enerji səmərəliliyi sahəsində də atılan addımlar resurslardan səmərəli istifadəyə şərait yaratmaqdadır. Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində də işlər başa çatmaqdadır”. Geri dön |