Ana Sayfa > Karusel / Gündəm > Eldar Əzizovun “tunelləri bağlayaq” təklifinə deputat və ekspertlərdən sərt REAKSİYA
Eldar Əzizovun “tunelləri bağlayaq” təklifinə deputat və ekspertlərdən sərt REAKSİYA22-04-2025, 15:07. Yazar: Admin |
Ötən həftə Bakıya yağan güclü yağış nəticəsində Heydər Əliyev prospektindəki “Bağırov tuneli" subasmaya məruz qaldı ki, bu da nəqliyyatın hərəkəti iflic etdi. İctimaiyyət belə halların əvvəllər də yaşandığını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla digər aidiyyəti qurumları qınaq obyektinə çevirdi. Deputatın sözlərinə görə, hər dəfə yağış yağanda Bakıda və rayonlarda evləri, küçələri, yolları, məhəllələri su basır, insanlara böyük zərər dəyir, şəxsi əmlak məhv olur, amma birbaşa cavabdeh məmurlar əlini əlinin üzərindən aşırıb heç nə etmək istəmirlər: “Həmin məmurlar ancaq görünən yerlərdə nəsə iş görürlər və sonra çəkilib kabinetlərində otururlar. Mən sadəcə olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) işindən razıyam və onlara sağ ol deyirəm ki, su altında qalmış nə qədər insanları xilas etdilər. FHN əməkdaşları bu gün də gecə-gündüz maşınlarında yataraq zərərçəkmişlərə kömək edirlər. Qalanlarının isə vecinə də olmadı. Mən bunu deməliyəm”. “Şəhər meri normal bir təklif səsləndirib, çünki İcra Hakimiyyəti şəhər təsərrüfatına cavabdehlik daşısa da, kanalizasiya məsələsinə cavabdeh deyil. Onlar bu məsələlərlə bağlı Nazirlər Kabinetinə təkliflər verirlər. Ola biləcək fəlakətlərin qarşısını almaq üçün Eldar Əzizov belə bir təklif səsləndirib. Yaxşı ki, belə bir təklif səsləndirib, ona görə də bu məsələ müzakirə olunmağa başlayıb. Belə çıxır ki, hələ də heç bir iş görülməyəcək, növbəti yağışda da insanlar sel altında qalacaq. Görünən odur ki, yaxın zamanlarda ciddi bir layihənin başlanacağı planlaşdırılmır. Bununla bağlı bir məlumat da verilmir. Deyilir layihə hazırlanır, problem həll ediləcək. Bəs neçə ilə, 2, 5 yoxsa 10 ilə?! Bunun cavabı verilmir” - R.Nurullayev vurğulayıb.
“Onsuz da həmin tunellər bərbad gündədirsə, leysan zamanı giriş-çıxış avtomatik bağlanacaq. Merin irəli sürdüyü təklifin heç bir məntiqi əsası yoxdur. Ona görə də nasos stansiyalarını, su xətlərini düzəltmək lazımdır. Yağış sularının axıdılması üçün olan vacib şəbəkəni saz vəziyyətinə gətirmək lazımdır. Başqa qeyri-adi təkliflərə ehtiyac yoxdur. Müvafiq qurumlarının lazımi addımları atmamasının səbəbi maliyyə ilə bağlıdır. Vaxtilə qurulmuş sistemlər dağılıb, indi də həmin xətləri bərpa etmək üçün böyük vəsait lazımdır. Ona görə də baxırlar ki, nə vaxt maliyyə veriləcək”.
İqtisadçı Natiq Cəfərlinin də sözügedən təklifə reaksiyasıl tənqidi olub: 1) Eldar müəllim 2018-ci ildən Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) başçısıdır – o zaman nədən keçən 7 ildə bu problemi həll etməyib? 2) Bakı Şəhəri İcra Hakimiyyətinin su və kanalizasiya sisteminə nə aidiyyatı var? Eldar müəllim zəng edib keçmiş “Azərsu”ya (İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti) əmr, göstəriş verə bilərmi ki, flan yerdə flan işi görün? 3) BŞİH-nin digər bir quruma, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (rəsmi sənəddən sitat, “Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanıdır”) əmr verə, onları tunellərin yenidən qurulmasına məcbur edə bilərmi? 4) BŞİH-nin, qanunlara görə Bakı şəhəri təsərrüfatı, infrastrukturu ilə məşğul olan 14-ə yaxın mərkəzi hökumət-dövlət orqanlarına göstəriş verə bilərmi? 5) Yaxşı, BŞİH-nin səlahiyyətləri məhduddursa, şəhər təsərrüfatı bir mərkəzdən idarə olunmursa, Eldar Əzizov nəyə əsasən 2 ilə problemi həll edəcəyini söyləyir? Onlarla dəfə bu haqda demişik, bir də təkrar edək: Bakı şəhəri vahid, seçilmiş mərkəzdən idarə olunmalı, səlahiyyət və məsuliyyət bir mərkəzdə toplanmalıdır. Bunun üçün Böyük Şəhər Bələdiyyəsi və mer vəzifəsi təsis, seçki yolu ilə şəhərin başçısı və hökuməti müəyyən edilməlidir...”. Geri dön |