Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda bu il 12 minə yaxın e-imza daşıyıcısı verilib
Azərbaycanda bu il 12 minə yaxın e-imza daşıyıcısı verilib7-12-2020, 10:13. Yazar: Admin |
Bu ilin yanvar-noyabr ayları ərzində Milli Sertifikasiya Xidmətləri Mərkəzi tərəfindən 11 971 elektron imza (e-imza) daşıyıcısı verilib ki, bu da ilin əvvəlindən 5,8% çoxdur. Qarabaginfo.az-a verilən məlumata görə, cari ilin 11 ayında dövlət qurumlarına 4 815 ədəd, hüquqi şəxslərə və sahibkarlara 4 317 ədəd, fiziki şəxslərə isə 2 839 ədəd e-imza daşıyıcısı verilib. Ümumilikdə Milli Sertifikasiya Xidmətləri Mərkəzi tərəfindən qeyd olunan e-imza istifadəçi kateqoriyalarına 1 dekabr 2020-ci il tarixinədək 218 199 e-imza təqdim edilib.
Mərkəzdən həmçinin bildirilib ki, yanvar-noyabrda e-imza ilə aparılan tranzaksiyaların sayı – 12 520 667, imzalama sayı – 6 265 949, autentifikasiya sayı isə 6 254 718 ədəd təşkil edib. APA
Geri dön |