Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Deputat: Hesablama Palatasının hesabatında mühüm siqnallar var
Ana Sayfa > Karusel / İqtisadiyyat > Deputat: Hesablama Palatasının hesabatında mühüm siqnallar var

Deputat: Hesablama Palatasının hesabatında mühüm siqnallar var


22-04-2025, 12:26. Yazar: Admin

Deputat: Hesablama Palatasının hesabatında mühüm siqnallar var

“Hesablama Palatasının hesabatı, sadəcə, maliyyə rəqəmlərindən ibarət deyil. Burada mühüm siqnallar var”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, ayrılmış vəsaitlər plan üzrə xərclənsə də, nəticə gözlənilən kimi olmur: “Bizim nəzarət yanaşmamız müasirləşməlidir, elektron nəzarət sistemlərinin tətbiqinə ciddi ehtiyac var. Bu zaman həm səmərəli iş artar, həm də korrupsiya riskləri azalar. Burada beynəlxalq standartlara istinad edilməsini də vacib hesab edirəm. Təklif edirəm ki, elektron nəzarət sisteminin tətbiqi ilə bağlı pilot layihələrin tətbiqinə başlanılsın, irad və tövsiyələr dövlət qurumlarının fəaliyyətində real düzəlişlərə səbəb olsun”.


Geri dön