Ana Sayfa > Karusel / Dünya > Roma Papasının vəfatı ilə bağlı Bakıdakı Müqəddəs Məryəm kilsəsində başsağlığı kitabı açılıb
Roma Papasının vəfatı ilə bağlı Bakıdakı Müqəddəs Məryəm kilsəsində başsağlığı kitabı açılıb22-04-2025, 11:55. Yazar: Admin |
Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb. Bu barədə Qarabaginfo.az-a Azərbaycanda Katolik Kilsəsinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür. Qeyd edək ki, dünən Roma Papası Fransiskin 89 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Geri dön |