Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ-da sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl alovlanıb
Ana Sayfa > Karusel / Dünya > ABŞ-da sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl alovlanıb

ABŞ-da sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl alovlanıb


21-04-2025, 23:09. Yazar: Admin

ABŞ-da sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl alovlanıb

ABŞ-ın Florida ştatında yerləşən Orlando Beynəlxalq Hava Limanında “Delta Airlines” aviaşirkətinə məxsus “Airbus A330” tipli sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl yanmağa başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "CBS News" federal mülki aviasiya administrasiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı təyyarə artıq uçuş-enmə zolağında dayanıb və uçuşa hazır vəziyyətdə olub.

Məlumata görə, təyyarənin iki əsas mühərrikindən birində alov müşahidə edilib.

Ekipaj sərnişinləri dərhal fövqəladə evakuasiya yastıqları vasitəsilə təxliyə edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın tez bir zamanda lokallaşdırılaraq söndürülüb.

Qeyd edək ki, təyyarədə 282 sərnişin, 10 bort bələdçisi və 2 pilot olub.


Geri dön