Ana Sayfa > Karusel / Gündəm > Yurddaş Partiyasının sədri Mais Səfərli vəfat edib

Yurddaş Partiyasının sədri Mais Səfərli vəfat edib


7-12-2020, 10:03. Yazar: Admin

 

Yurddaş Partiyasının sədri Mais Səfərli vəfat edib

Azərbaycan Yurddaş Partiyasının sədri, sabiq deputat Mais Səfərli vəfat edib.

Bu barədə Qarabaginfo.az-a onun bacısı Gülay Quliyeva bildirib.

Onun sözlərinə görə, M.Səfərli bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Bildirilib ki, M. Səfərli 62 yaşında koronavirusdan ölüb.

Qeyd edək ki, M.Səfərli 1958-ci ildə Qubadlıda anadan olub. Milli Məclisin II çağırış deputatı olan M. Səfərli 1993-cü ildən Azərbaycan Yurddaş Partiyasının sədri idi.


Geri dön