Ana Sayfa > Karusel / Gündəm > İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi

İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi


21-04-2025, 15:07. Yazar: Admin

 

Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Qarabaginfo.az Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. Töhrablı bu təyinatadək Şəki şəhər Uşaq İncəsənət məktəbində Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, ixtisasca musiqi müəllimidir.


Geri dön