Ana Sayfa > Karusel / Region > Qubada qaya parçaları yola düşüb, 10-dan çox kəndlə əlaqə kəsilib

Qubada qaya parçaları yola düşüb, 10-dan çox kəndlə əlaqə kəsilib


19-04-2025, 11:07. Yazar: Admin

Qubada qaya parçaları yola düşüb, 10-dan çox kəndlə əlaqə kəsilib - VİDEO

Qubada qaya parçaları yola düşüb.

Qarabaginfo.az-ın Şimal bürosu xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.

Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb.


Geri dön