Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda demoqrafik böhran - Doğum sayı azalıb, abortlar çoxalır
Azərbaycanda demoqrafik böhran - Doğum sayı azalıb, abortlar çoxalır19-04-2025, 10:58. Yazar: Admin |
Azərbaycanda doğum göstəricisi rekord səviyyədə azalıb. Belə ki, bu ilin yanvar-fevral aylarında cəmi 15 971 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 10,2-dən 9,7-yə enib.
Statistikalar göstərir ki, abortların əksəriyyəti 25-34 yaş qrupundakı insanlara aiddir. 2023-cü ildə bu yaş kateqoriyasında olan ümumilikdə 106 min abort qeydə alınıb, bu rəqəm 2015-ci ildə 35 min 600 idi. 15-19 yaş qrupuna aid qadınların da abort etdirməsində artım müşahidə edilir. Belə ki, 19 yaşadək olan qadınlar arasında abort 2020-ci illə müqayisədə 3 min 300 artaraq 7 min 500-ə yüksəlib. İlk hamiləlikdə abort həm tibbi, həm psixoloji, həm də sosial baxımdan ciddi mənfi nəticələrə yol açdığı üçün həkimlər birinci hamiləliyin pozulmasını tövsiyə etmirlər. Son statistikalar isə göstərir ki, il ərzində ilk hamiləlik zamanı abort etdirənlərin sayı 2 min 200 olub, müqayisə üçün qeyd edək ki, bu rəqəm 2020-ci ildə 800, 2022-ci ildə 1 700 olub. Geri dön |