Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Ordusu da şəhidlərimizin xatirəsini andı 

Azərbaycan Ordusu da şəhidlərimizin xatirəsini andı 


4-12-2020, 15:03. Yazar: Admin

Azərbaycan Ordusu da şəhidlərimizin xatirəsini andı

 

 

Bu gün Azərbaycan Ordusunda da Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Qarabaginfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, saat 12:00-da Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükut elan edilib.


Geri dön