Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Prezident İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib

Prezident İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib


18-04-2025, 13:04. Yazar: Admin

Prezident İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Mövlud Çavuşoğluya başsağlığı məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!"


Geri dön