Ana Sayfa > Karusel / Gündəm > “Günəşli” faciəsindən 5 il keçdi
“Günəşli” faciəsindən 5 il keçdi4-12-2020, 14:09. Yazar: Admin |
Bu gün “Günəşli” yatağında baş verən faciədən 5 il ötür. Qarabaginfo.az-ın verdiyi xəbərə görə, 2015-ci il dekabr ayının 4-də "Günəşli" neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Bu ilin may ayında daha 3 neftçinin cəsədi dənizdən tapılıb. Xatırladaq ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub. SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.
Geri dön |