Bu il Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun keçirilməsi nəzərdə tutulur.
Qarabaginfo.az xəbər verir ki, bunu mətbuat konfransında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
Aygün Əliyeva vurğulayıb ki, layihələrin keyfiyyəti son 2 ildə xeyli yüksəlib, 2023-cü ildə Agentliyin yeni qrant müsabiqəsi qaydalarının müəyyən olunması və yeni elektron xidmətlərin tətbiqi bu sahədə dönüş yaradıb.