Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Seldə ölənlərdən biri sabiq deputatın bacısı oğludur
Seldə ölənlərdən biri sabiq deputatın bacısı oğludur17-04-2025, 17:35. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində daşması nəticəsində 2 nəfər həlak olub. Qarabaginfo.az xəbər verir ki, dünyasını dəyişən şəxslərdən 59 yaşlı Nurməmməd Qəhrəman oğlu Məmmədov Şirvan şəhər Bayramlı qəsəbə sakinidir. O, Milli Məclisin 6-cı çağırış deputatı İltizam Yusifovun bacısı oğludur. Mərhum bu gün dəfn edilib. Qeyd edək ki, İ.Yusifov uzun illər neftçıxarma sənayesində çalışıb. N.Məmmədov da “Siyəzən Oil” neft şirkətinin əməkdaşı olub. Onunla birlikdə iş yoldaşı, Salyan rayon sakini 63 yaşlı Etibar Hafiz oğlu Nağıyev dünən işə gedərkən selə düşərək vəfat ediblər. Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır. Geri dön |