Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Serbiya Hərbi Hava qüvvələrinin komandanları görüşüb
Azərbaycan və Serbiya Hərbi Hava qüvvələrinin komandanları görüşüb17-04-2025, 16:18. Yazar: Admin |
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, HHQ-nin Mərkəzi Komanda Məntəqəsində keçirilən görüşdə qonaqları salamlayan general-leytenant N.İslamzadə onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Geri dön |