Qarabaginfo.az xəbər verir ki, bu barədə İran XİN başçısı jurnalistlərə açıqlamasında bildirib.
Araqçi Moskvaya səfəri zamanı Xameneinin Putinə mesajını çatdıracağını bildirib. O, mesajın təfərrüatları barədə ətraflı məlumat verməyib.
O qeyd edib ki, nüvə diplomatiyasını canlandırmaq üçün davam edən səylər fonunda İranın uranı zənginləşdirmək hüququ müzakirə olunmur.