Ana Sayfa > Karusel / İqtisadiyyat > Əliyar Məmmədyarov: Ötən il maliyyə sektoru artım potensialını reallaşdırıb
Əliyar Məmmədyarov: Ötən il maliyyə sektoru artım potensialını reallaşdırıb15-04-2025, 11:22. Yazar: Admin |
Azərbaycanın maliyyə sektorunun aktivləri ötən il 8% artaraq 56 mlrd. manatı ötüb. Bunun 94,3%-i bank sektorunun payına düşüb. Qarabaginfo.az xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov deyib. O bildirib ki, bank sektorunun aktivlərində də ötən il 8% artım müşahidə edilib və sektorun aktivləri 53 mlrd. manat təşkil edib. “Bank sektorunun likvidlik mövqeyi komfortlu zonadadır. De-dollarlaşma prosesi davam edir. Ümumilikdə ölkənin maliyyə sektoru ötən il artım potensialını reallaşdırıb” - Ə.Məmmədyarov əlavə edib. Geri dön |