Ana Sayfa > Karusel / Dünya > Ötən gecə Rusiyada 115 PUA zərərsizləşdirilib, ölən və yaralananlar var
Ötən gecə Rusiyada 115 PUA zərərsizləşdirilib, ölən və yaralananlar var15-04-2025, 10:48. Yazar: Admin |
Rusiyanın 5 regionu üzərində 115 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, onların 109 ədədi Kursk ərazisində vurulub. Məlumata əsasən, Kursk ərazisinə PUA hücumu nəticəsində bir nəfər yaşlı qadın həlak olub, 9 nəfər isə yaralanıb. Eyni zamanda bir neçə hündürmərtəbəli yaşayış binasına və 11 avtomobilə ziyan dəyib. Geri dön |