Ana Sayfa > Karusel / İqtisadiyyat > Qazaxıstan şirkəti Atıraudan Bakıya aviareys açır
Qazaxıstan şirkəti Atıraudan Bakıya aviareys açır14-04-2025, 15:59. Yazar: Admin |
Qazaxıstanın “Air Astana” şirkəti Mayın 31-dən Atıraudan Bakıya birbaşa müntəzəm uçuşlara başlayır. Bu barədə Qarabaginfo.az “Air Astana”ya istinadən xəbər verir. Məlumata görə, uçuşlar həftədə üç dəfə "Airbus A320/A321" təyyarələri ilə həyata keçiriləcək. Atıraudan Bakıya uçuş müddəti 1 saat 25 dəqiqə, əks istiqamətdə isə 1 saat 35 dəqiqə olacaq. Qeyd olunub ki, KC277 reysi Atıraudan bazar ertəsi və şənbə günləri saat 18:30-da, çərşənbə günləri isə saat 21:35-də həyata keçiriləcək. KC278 Bakı-Atırau reysi üzrə uçuşlar isə bazar ertəsi və şənbə günləri saat 19:55-də, çərşənbə günləri saat 23:00-da yerinə yetiriləcək. Geri dön |