Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edib
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edib

Azərbaycan və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edib


12-04-2025, 18:44. Yazar: Admin

Azərbaycan və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edib - YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Qarabaginfo.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı, Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələləri müzakirəsi baxımından ali və yüksək səviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Geri dön