Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Lavrov: NATO-nun ən böyük düşməni özüdür
Ana Sayfa > Karusel / Siyasət > Lavrov: NATO-nun ən böyük düşməni özüdür

Lavrov: NATO-nun ən böyük düşməni özüdür


12-04-2025, 18:43. Yazar: Admin

Lavrov: NATO-nun ən böyük düşməni özüdür

NATO-nun ən böyük düşməni NATO-nun özüdür.

Qarabaginfo.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda çıxış edən Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Avro-Atlantik ictimaiyyətin bütün səyləri yeni müharibəyə hazırlığa yönəlib: "Almaniya, Fransa və İngiltərə burada ön plandadır.
Təhlükəsizliyi təmin etmək üçün yaradılmış Avro-Atlantik strukturlar dağılıb".

Lavrov deyib ki, Moskva və Vaşinqton ABŞ-ın birgə layihələr təklifini müzakirə edir, Rusiya bunu rədd etməyib: “Rusiya ilə ABŞ arasında həmişə irəliləyiş potensialı var, normal münasibətlər qurula bilər. Rusiya və ABŞ diplomatik nümayəndəliklərin işinin normallaşdırılmasından başlayaraq ikitərəfli münasibətləri müzakirə edir, Moskva da Vaşinqtonla birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir".

Lavrov Antalyada keçirilən forum çərçivəsində Rusiya ilə Ukrayna arasında birbaşa və ya dolayı təmasların olmadığını söyləyib.

Ukrayna münaqişəsinin nizanlanmasından danışan Rusiya XİN başçısı qeyd edib ki, bu kontekstdə Rusiyanı ərazi problemi yox, orada yaşayan insanların problemi narahat edir.


Geri dön