Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Kriminal > ABU-nun keçmiş rektoru Elşad Abdullayev prokurorluğa çağırılıb
ABU-nun keçmiş rektoru Elşad Abdullayev prokurorluğa çağırılıb12-04-2025, 18:38. Yazar: Admin |
ABU-nun keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq İTV vasitəsi ilə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, təqsirləndirilən Abdullayev Elşad İslam oğlu mayın 5-də saat 10:00-da Baş Prokurorluğunun İstintaq idarəsinə gəlməlidir. Bildirilir ki, Abdullayev Elşad İslam oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, onun 2013-cü ildə Abdullayev Elşad İslam oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2013-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmış 162026244 nömrəli cinayət işi üzrə 19 may 2017-ci il tarixli qərarla Abdullayev Elşad İslam oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul olunmuş, lakin istintaqdan gizləndiyinə görə ona həmin ittihamı elan etmək mümkün olmayıb. Həmin cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün 12 avqust 2024-cü il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilərək həmin idarədə ibtidai istintaqı aparılan 98765 nömrəli cinayət işinə birləşdirməklə vahid icraatda ibtidai istintaq davam etdirilir. İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 01 sentyabr 2024-cü il tarixdə Abdullayev Elşad İslam oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb. Təqsirləndirilən şəxs Elşad Abdullayevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və bu barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər. Geri dön |