Ana Sayfa > Karusel / Siyasət > Rusiya Hərbi Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub - VİDEO
Rusiya Hərbi Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub - VİDEO12-04-2025, 13:38. Yazar: Admin |
Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi tarix elmləri namizədi general-polkovnik Vladimir Zarudnitskiyin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU) olub. Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Görüşdə Azərbaycan və Rusiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Rusiyalı qonaqlara MMU-nun yaranma tarixi, təhsil sistemi, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub. Nümayəndələrə Hərbi İnstitutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Geri dön |