Ana Sayfa > Karusel / Qarabağ > Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, mənzillərin açarları təqdim edilib

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, mənzillərin açarları təqdim edilib


11-04-2025, 16:02. Yazar: Admin

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB-1 - VİDEO

Aprelin 11-də Ağdərə rayonunun Həsənriz kəndinə köçürülən 72 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib.

Bu barədə Qarabaginfo.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən xəbər verilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər. Həsənriz kəndində daimi yaşayış üçün köçürülən ailələrə bərpa edilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.


Geri dön