Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın Ukraynadakı səfiri istefa vermək niyyətindədir

ABŞ-ın Ukraynadakı səfiri istefa vermək niyyətindədir


10-04-2025, 23:16. Yazar: Admin

ABŞ-ın Ukraynadakı səfiri Bridjit Brink

 

ABŞ-ın Ukraynadakı səfiri Bridjit Brink yaxın həftələrdə istefa verərək diplomatik xidmətdən ayrılmağı planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, hazırkı səfirin istefası Prezident Donald Trampın administrasiyası dövründə Kiyev və Vaşinqton arasında münasibətlərə əlavə qeyri-müəyyənlik gətirəcək.

Brink vəzifəsini öz istəyi ilə tərk edəcək.


Geri dön