Ana Sayfa > Karusel / Sosial / Səhiyyə > Heydər Əliyev prospektindəki yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Heydər Əliyev prospektindəki yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb10-04-2025, 17:44. Yazar: Admin |
Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə 10.04.2025-ci il tarixində saat 15:10 radələrində 2 nəfər (1 kişi cinsli, 1 qadın cinsli) hospitalizasiya olunub. Bu barədə Qarabaginfo.az-a Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb. 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Geri dön |