Ana Sayfa > Karusel / İqtisadiyyat > Aİ ABŞ-a qarşı tarifləri 90 gün müddətinə dayandırır
Aİ ABŞ-a qarşı tarifləri 90 gün müddətinə dayandırır10-04-2025, 14:54. Yazar: Admin |
Avropa İttifaqı ABŞ-a qarşı aprelin 15-də qüvvəyə minəcək tarifləri 90 gün müddətinə təxirə salıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "X" də yazıb: “Prezident Trampın açıqlamasını nəzərə aldıq. Biz danışıqlara şans vermək istəyirik. Üzv dövlətlərimizdən güclü dəstək görən Aİ-nin əks tədbirlərinin qəbulunu yekunlaşdırarkən, biz onları 90 gün müddətinə təxirə salacağıq”. Onun sözlərinə görə, danışıqlar qənaətbəxş olmasa, əks tədbirlər işə düşəcək: “Qarşılıqlı tədbirlərlə bağlı hazırlıq işləri davam etdirilir. Daha əvvəl dediyim kimi, bütün variantlar masada qalır”. Geri dön |